Pentaqon: Şimali Koreyanın Rusiyaya silah dəstəyi Ukraynada müharibəni uzadacaq


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şimali Koreyanın Rusiyaya silah dəstəyinin Ukrayna müharibəsini uzadacağını və bu dəstəyin günahsız ukraynalıların öldürülməsinə səbəb olduğunu bildirib.


Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Şimali Koreya lideri Kim Çen Inla Rusiya prezidenti Vladimir Putinin görüşündən sonra dəyərləndirmələr edib.

Şimali Koreyanın Rusiyaya silah vermə ehtimalı ilə bağlı Sinq, “Biz düşünürük ki, bu səbəbsiz müharibədə Rusiyaya dəstək verən istənilən ölkə Ukraynadakı münaqişəni uzatmaqla yanaşı, bu, günahsız Ukrayna vətəndaşlarını öldürməyə bərabərdir” - deyə bildirib.

Bu mövzuda daha əvvəl dəfələrlə Şimali Koreyaya xəbərdarlıq etdiklərini xatırladan Sinq bildirib ki, Şimali Koreyanı Rusiya ilə silah müqaviləsi bağlamaması üçün xəbərdar ediblər.

Rusiyanın müdafiə naziri Seyqey Şoyqunun Şimali Koreya ilə birgə təlimlərin keçirilməsi ehtimalı ilə bağlı açıqlaması haqda danışan Sinq bunun ABŞ-Yaponiya-Cənubi Koreya münasibətlərinə təsir etməyəcəyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu