Cənubi Koreya: "Şimali Koreya Rusiyaya taktiki idarə olunan raketlər sata bilər"


Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik Yonhap-a Şimali Koreyanın raket sınaqları və Rusiyaya silah tədarük etdiyinə dair iddialarla bağlı açıqlama verib.



Şimali Koreyanın bərk yanacaqlı orta mənzilli ballistik raketi sınaqdan keçirə biləcəyini proqnozlaşdıran Şin, Şimali Koreyanın seçkilərdən əvvəl Cənubi Koreya və ABŞ ilə gərginliyi artırmağa çalışacağını bildirib.

Şimali Koreya lideri Kim Çen Inın həftənin əvvəlində sursat fabrikinə səfəri zamanı təqdim edilən silah sisteminə toxunan Şin bildirib ki, bunlar taktiki nüvə silahı daşıya bilən yaxın mənzilli ballistik raketlərdir.

Şimali Koreyanın ilk dəfə 2022-ci ilin aprelində yaxın mənzilli ballistik raketi sınaqdan keçirdiyini bildirən Şin bunun 100 ilə 180 kilometr arasında təxmin edilən yeni silah növü olduğunu qeyd edib.

Kimin səfərinin Şimali Koreyanın Rusiyaya silah tədarük etdiyinə dair iddialarla bağlı ola biləcəyini bildirən Şin, Pxenyanın Moskvaya yeni taktiki idarə olunan raket növləri sata biləcəyini bildirib.

Şimali Koreyanın 2023-cü ilin dekabrın sonuna qədər Rusiyaya təxminən 5 min konteyner silah verdiyinin təxmin edildiyini ifadə edən Şin, Rusiyanın Şimalın silah tədarükü qarşılığında texnologiya dəstəyi verməkdən şübhələndiyini bildirib.

Şin vurğulayıb ki, Şimali Koreya 7-ci nüvə sınağını keçirə bilər, lakin bunun nə vaxt ediləcəyi onun liderindən asılıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu