Şimali Koreya Rusiyaya silah tədarük edəcəyi təqdirdə bunun əvəzini ödəyəcək - ABŞ-dan xəbərdarlıq


Şimali Koreya Rusiyaya silah tədarük edəcəyi təqdirdə əvəzini ödəyəcək.


Bu xəbərdarlığı ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan edib. O, mətbuat konfransında Şimali Koreya ilə Rusiya arasında son vaxtlar artan təmasları dəyərləndirib.

Pxenyanın Ukraynadakı müharibədə istifadə etmək üçün Moskvaya silah verməsi ilə bağlı Sullivan deyib: “Bunu sizə deyə bilərəm ki, qışa girərkən böyük şəhərlərin taxıl anbarlarını və istilik infrastrukturunu hədəfə almaq, başqa ölkənin suverenlik ərazilərini ələ keçirmək məqsədilə döyüş meydanında istifadə etmək üçün Rusiyaya silah vermək Şimali Koreyaya mənfi təsir edəcək və bunun əvəzini onlar ödəyəcəklər”.

Şimali Koreyaya Rusiyaya silah tədarük etməməsi barədə “xəbərdarlıq etdiklərini” ifadə edən Sullivan, Pxenyan administrasiyasını silah satışı ilə bağlı addımlar atmaqdan çəkindirmək üçün imkanları dəyərləndirməyə davam edəcəklərini bildirib.

“The New York Times” ABŞ rəsmilərinə istinadən yazır ki, Şimali Koreya lideri Kim Çen In bu ay Rusiyaya səfər edəcək və Rusiya prezidenti Vladimir Putinlə Ukrayna müharibəsində və müxtəlif sahələrdə Moskvanı daha çox silahla təmin etmək üçün görüşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu