ABŞ açıqladı: Şimali Koreya artıq Rusiyaya...


Kanada mərkəzli "CBS News", "Şimali Koreyanın Rusiyaya silah tədarük etməyə başladığını" iddia edib.



AFN.az xəbər verir ki, "CBS News", adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən iddia edib ki, Pxenyanın Moskvaya silah göndərməsinə Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin arasında “silah təchizatı və hərbi əməkdaşlıq” məsələlərinin müzakirə olunduğu görüşdən sonra başlayıb.

Xəbərdə Şimali Koreyanın göndərməyə başladığı iddia edilən silahlar müqabilində Rusiyadan nə aldığı və ya sözügedən göndərişin "uzunmüddətli tədarük zəncirinin bir hissəsi, yoxsa daha məhdud bir göndəriş" olduğu açıqlanmadığı iddia edilib.

Kim Putinlə sentyabrın 13-də Rusiyanın Amur vilayətindəki Vostonçnıy kosmodromunda görüşmüşdü.

Kim ilə danışıqları "məhsuldar" adlandıran Putin, bölgədəki vəziyyət və ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu