ABŞ mətbuatı: Şimali Koreya Rusiyaya silah göndərməyə başladı


"CBS News" Şimali Koreyanın Rusiyaya silah tədarük etməyə başladığını iddia edib.


Nəşr adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən iddia edib ki, Pxenyanın Moskvaya silah göndərməsinə Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin arasında “silah təchizatı və hərbi əməkdaşlıq” məsələlərinin müzakirə olunduğu görüşdən sonra başlayıb.

Xəbərdə Şimali Koreyanın göndərməyə başladığı iddia edilən silahlar müqabilində Rusiyadan nə aldığı və ya sözügedən göndərişin uzunmüddətli tədarük zəncirinin bir hissəsi, yoxsa daha məhdud bir göndəriş olduğu açıqlanmadığı iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu