Vaşinqtondan Pekinə cavab: ABŞ dünya nizamının qaydaları çərçivəsində hərəkət edir


Amerika yalnız dünya nizamının qaydaları çərçivəsində hərəkət edir.


AFN.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinq zamanı açıqlama verib. Rusiyaya mümkün silah tədarükünü Vaşinqtonun Tayvana yardımı ilə eyniləşdirən Çinə cavab olaraq verilən açıqlamada Ned Prays qeyd edib ki, bu cür şərhlər hazırkı vəziyyəti alovlandırır. "ABŞ-ın dünyanın onlarla ölkəsi ilə birlikdə gördüyü iş dünya nizamının qaydaları çərçivəsindədir və bu nizamı qorumaq üçündür" - deyə Dövlət Departamentinin sözçüsü əlavə edib.

Onun sözlərinə görə, söhbət o qaydalardan gedir ki, böyük ölkələrin kiçik ölkələrə təzyiqini və sərhədlərini zorla dəyişdirməyə cəhdinin qarşısını alır. "Bunlar eyni prinsiplərdir. Çin BMT-yə üzv dövlət kimi eyni sənədlərə - BMT Nizamnaməsinin prinsiplərinə, beynəlxalq hüququn prinsiplərinə əməl etməli olan ölkə kimi imza atıb", - Prays belə deyib.

O, ABŞ-ın Tayvana qarşı etdiklərinin status-kvonu gücləndirmək, qorumaq və saxlamaq cəhdi olduğunu vurğulayıb: "Ukrayna ilə bağlı etdiyimiz hər şey, və Tayvanı dəstəkləmək üçün atdığımız addımlar müəyyən edilmiş qaydaya uyğundur. Bu, istər Avropada, istərsə də Hind-Sakit okean regionunda sülh və təhlükəsizliyin əsasını qoyan eyni qaydalara əsaslanan nizamdır. Bizim qeyri-sabit hərəkət etdiyimizi iddia edənlər, məncə, əsas anlayışları nəzərə almırlar".

Çinin xarici işlər naziri Tsin Qanq bu yaxınlarda Rusiyanın Ukraynaya qarşı müharibədə öz ölkəsinin gələcək mümkün hərbi dəstəyini ABŞ-dan Tayvana silah tədarükü ilə eyniləşdirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu