ABŞ dövlət katibi yenidən İlham Əliyevlə danışmaq istəyir – Dövlət Departamentindən açıqlama


ABŞ dövlət katibi Blinken Azərbaycan və Ermənistan liderləri ilə yenidən danışmaq niyyətindədir.


Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays açıqlama verib.

“Regiondakı vəziyyətlə bağlı Blinken Azərbaycan və Ermənistan liderləri yenidən təmas qurmağı planlaşdırır”-deyən Prays bildirib ki, dövlət katibi bu günlərdə hər iki ölkə rəhbəri ilə söhbət edib. “Yaxın vaxtlarda onun yenidən belə imkanı olacaq”.

Prays atəşkəs rejiminə riayət edilməsini alqışladıqlarını bildirib. “Biz yenidən möhkəm sülhün əldə olunması üçün işi davam etdiririk. Bu məsələnin hərbi həll yolu yoxdur”-deyə Prays vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu