Prays: “Rusiya Blinken-Lavrov görüşünü şişirdir”


"ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yeni Dehlidə görüşü qısa təmas idi".


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. Onun sözlərinə görə, Rusiyanın "bu qarşılaşmanı" məqsədli şəkildə böyütməyə çalışır.

G20-nin Hindistanln paytaxtında keçirilən sammiti çərçivəsində Blinkenin rusiyalı həmkarı Lavrovla görüşü müzakirələrə səbəb olub. Praysın ənənəvi mətbuat konfransında bu məsələ gündəmə gəlib. “Bilirəm, rusiyalı həmkarlarımız bunu böyütməyə çalışırlar. Lakin bu sadəcə qısa görüş idi, uzun müddətli təkbətək söhbət deyildi”, - Dövlət Departamentinin sözçüsü mövzu ilə bağlı sualı belə cavablandırıb.

Ned Prays qeyd edib ki, Blinken Lavrova üç mesaj verib: Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsini (START) dayandırmasının ABŞ və dünyada narahatlıq doğurduğu, Rusiyada həbsdə olan ABŞ vətəndaşı Pol Uilanın azad edilməsi və Birləşmiş Ştatların Ukraynanı dəstəkləməkdə qərarlı olduğu haqda.: "Blinken həmkarına bildirib ki, müharibənin bitməsini hər kəsdən çox Ukrayna istəyir. Lakin biz bu məsələdə Ukraynanın yanındayıq və arzumuz müharibənin bitməsini görməkdir. Bu istiqamətdə səyləri dəstəkləməyə hazırıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu