Entoni Blinken Azərbaycan Prezidentinə zəng edəcək


“ABŞ Dövlət katibi Entoni Blinkenin yaxın günlərdə Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı olacaq”.


AFN.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə belə deyib.
“Dövlət katibi bu gün Ermənistan lideri ilə də danışıb. Ümid edirəm ki, yaxın günlərdə onun prezident Əliyevlə danışmaq imkanı olacaq”-deyə Prays əlavə edib.
Qeyd edək ki, Nikol Paşinyan və Entoni Blinken telefon söhbəti zamanı Laçın-Xankəndi yolunun bağlanması ilə bağlı vəziyyəti müzakirə edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu