Çin Rusiya-Ukrayna müharibəsində tərəfləri gərginliyi azaltmağa çağırır


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien bildirib ki, Rusiya-Ukrayna müharibəsində tərəflər məsuliyyətlə gərginliyi azaltmalı və atəşkəs məsələsini nəzərdən keçirməlidir.


Çinin paytaxtı Pekində təşkil edilən mətbuat konfransında mövzu ilə bağlı sualları cavablandıran Lin Cien Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Dünən Ukraynanın paytaxtı Kiyevə edilən və Okhmatdyt Uşaq Xəstəxanası da daxil olmaqla bir çox bina və infrastrukturun zədələndiyi hücumla bağlı sualı cavablandıran Lin, "Çinin Ukrayna məsələsində mövqeyi sabit və aydındır" - deyə qeyd edib.

"Tərəflər atəşkəs və siyasi həll üçün vəziyyəti qiymətləndirməlidir", - Lin əlavə edib.

Çinin Ukrayna böhranının siyasi həlli ilə bağlı Braziliya ilə ortaq anlaşmaya dair 6 maddəlik razılaşma əldə etdiyini xatırladan sözçü bu razılaşmanın 100-dən çox ölkədən dəstək aldığını bildirib: "Birinci maddə tərəflərə gərginliyi azaltmaq üçün üç prinsip təklif edir. Bunlar döyüş meydanını genişləndirməmək, münaqişələri artırmamaq və atəş halını alovlandırmamaqdır. Tərəflər sakit davranmalı və gərginliyi daha da artıracaq hərəkətlərdən qaçmalıdırlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu