Si Cinpin Çinin Ukrayna müharibəsi ilə bağlı mövqeyini açıqladı


Çin prezidenti Si Cinpin Pekində Polşa prezidenti Anjey Duda ilə görüşdə Ukrayna ilə bağlı açıqlama verib. O, bildirib ki, Çin Ukrayna böhranını öz yolu ilə həll etməyə çalışacaq.


Bu barədə "RBC-Ukrayna" Çin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi sülh danışıqlarını və siyasi həlli təşviq etməkdir”, - deyə Cinpin qeyd edib.

Çin prezidentinin sözlərinə görə, indi münaqişənin genişlənməsi və intensivləşməsinin qarşısını almaq, gərginliyi azaltmaq və dinc danışıqlara şərait yaratmaq üçün səy göstərmək lazımdır.

“Çin Ukrayna böhranının siyasi həllində konstruktiv rol oynamağa davam etməyə hazırdır və böhranın sülh yolu ilə həllinə, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasının qurulmasına töhfə verən bütün səyləri dəstəkləyir", - deyə Çin lideri qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu