Çin: "Rusiya-Ukrayna müharibəsində münaqişə edən tərəflərə silah satmayacağıq"
Çin Ukrayna-Rusiya müharibəsində münaqişə edən tərəflərə silah satmayacağını açıqlayıb.
Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazir Van Yi 60-cı Münhen Təhlükəsizlik Konfransı (MSC 2024) üçün getdiyi Almaniyada ukraynalı həmkarı Dimitro Kuleba ilə görüşüb.
Beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Ukrayna ilə münasibətlərini normal şəkildə inkişaf etdirmək istədiklərini ifadə edən Vanq, Çinin münaqişə bölgələrinə və ya münaqişə tərəflərinə öldürücü silah satmayacağını bildirib.