ABŞ rus generallarını öldürmək üçün koordinatları Ukraynaya verib? - İDDİA


ABŞ-ın hərbi kəşfiyyatı rus generallarını öldürmək üçün Rusiya ordusunun hərbi bazalarının koordinatlarını Ukrayna Silahlı Qüvvələrinə ötürüb.


AFN.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Bildirilir ki, münaqişə boyu Birləşmiş Ştatlar Ukraynaya komandanlıq məntəqələri, silah-sursat anbarları və Rusiya hərbi xəttindəki digər əsas qovşaqlar haqqında məlumat verib.

"Məhz bu kəşfiyyat Ukrayna tərəfinə “yüksək rütbəli generalları öldürməyə və silah-sursat təchizatını Rusiya cəbhə xəttindən daha da uzaqlaşdırmağa” imkan verib" - deyə materialda qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu