Ukrayna aviasiyası Rusiya qüvvələrinin yerləşdiyi ərazilərə dəqiq zərbələr endirib


Ukrayna aviasiyası Rusiyanın mövqelərinə dəqiq zərbələr endirib.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, öz növbəsində Rusiya Ukraynaya 85 raket və 35 hava zərbəsi endirib. Həmçinin, işğalçılar çoxsaylı raket sistemlərindən 63 hücum həyata keçiriblər. Ötən gün Ukrayna Silahlı Qüvvələri 5 komanda məntəqəsini, canlı qüvvənin cəmləşdiyi 5 ərazini və rus işğalçılarının silah-sursat anbarını vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunur ki, müdafiə qüvvələrinin aviasiyası son sutka ərzində şəxsi heyətin, silah-sursatın, hərbi texnikanın cəmləşdiyi rayonlara və düşmənin zenit-raket kompleksinin mövqeyinə zərbələr endirib.

Eyni zamanda qeyd edilir ki, Ukraynanın kritik infrastrukturuna hava və raket zərbələri endirilməsi təhlükəsi qalmaqdadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu