Ukraynadan Rusiya hərbçilərinə sarsıdıcı zərbələr


Ukrayna aviasiyası gün ərzində düşmənin cəmləşdiyi ərazilərə 18 zərbə endirib.


AFN.az xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən UNİAN məlumat yayıb. Bildirilir ki, son sutka ərzində Ukrayna aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 18 zərbə endirib, həmçinin düşmənin zenit-raket komplekslərinin mövqelərinə 1 zərbə endirib: "Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri 2 komanda məntəqəsinə, bir sursat anbarına, şəxsi heyətin, silah-sursat və hərbi texnikanın cəmləşdiyi əraziyə, həmçinin düşmənin bir “vacib obyektinə” zərbələr endirib".

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiyanın işğal etdiyi ərazilərin 50%-dən çoxu artıq azad edilib: "9 aydır davam edən genişmiqyaslı müharibədə düşmən 91 150 əsgər və yüzlərlə texnikasını itirib. Bu həftə yalnız Zaporojye-Melitopol istiqamətində Ukrayna Silahlı Qüvvələri 1200 düşmən məhv edib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu