ABŞ-ın keçən il silah satışı 238 milyard dollara çatıb


Rusiya ilə Ukrayna arasında davam edən müharibə səbəbiylə regional silah tələbinin artması ilə ABŞ-ın silah satışı keçən il əhəmiyyətli dərəcədə artaraq 238 milyard dollara çatıb.



BBC xəbərlərinə görə, 2023-cü ildə ABŞ-ın xarici ölkələrə silah satışı diqqətəlayiq səviyyəyə çatıb.

Xarici İşlər Nazirliyinin oktyabr ayında başa çatan maliyyə ili üçün hökumətə hazırladığı hesabatda ABŞ hökumətinin keçən il 2022-ci ilə nisbətən 56 faiz artımla 81 milyard dollarlıq satış üçün birbaşa danışıqlar apardığı bildirilib.

Amerika müdafiə şirkətlərinin xarici ölkələrə birbaşa satışları da daxil olmaqla, keçən il ümumi satış məbləği 238 milyard dollar olaraq qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu