Ukrayna XİN başçısı ABŞ dövlət katibi ilə "Patriot" raketlərinin verilməsini müzakirə edib


Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı "Patriot" raketlərinin verilməsini müzakirə edib.



AFN.az xəbər verir ki, D.Kuleba bu barədə tviterdə yazıb.

Onun sözlərinə görə, “Patriot” zenit-raket komplekslərinin Ukraynaya çatdırılması müzakirə olunub: “Mən ABŞ-a mühüm müdafiə yardımına görə təşəkkür etdim və Ukraynaya hava hücumundan müdafiə sistemlərinin çatdırılmasının sürətləndirilməsinin vacibliyini vurğuladım”.

Bundan başqa, tərəflər Rusiyanın Ukraynaya kütləvi raket hücumları ilə bağlı da fikir mübadiləsi aparıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu