ABŞ-ın nüvə sualtı qayığı Yaxın Şərqə çatır
ABŞ Hərbi Dəniz Qüvvələri Ohayo sinifli nüvə sualtı qayığının Yaxın Şərqə çatdığını bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X.-dəki yazısında Yaxın Şərqə göndərilən nüvə sualtı qayığı ilə bağlı açıqlama verib.
"5 noyabr 2023-cü ildə Ohayo sinifli sualtı qayıq ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına gəldi", - açıqlamada deyilir.
ABŞ HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də səhər saatlarında həyata keçirdiyi genişmiqyaslı hücumdan sonra bölgəyə iki təyyarədaşıyan gəmi göndərib.