Tələyə düşən Çin sualtı qayığındakı 55 dənizçinin öldüyü iddia edilir


Çinin nüvə enerjili sualtı qayığının Sarı dənizdə düşmən sualtı qayıqları üçün qurulan tələyə düşərək dənizin dibində qalması və 55 nəfərlik heyətinin həyatını itirdiyi iddia edilib.


İngiltərənin "The Times" və "Dail Mail" qəzetlərinin xəbərinə görə, İngilis kəşfiyyatının sızdırdığı iddia edilən "gizli" kodlu hesabata əsaslanaraq, Çin Xalq Azadlıq Ordusunun (PLA) Donanmasının "Tip 093" sinfi, bayraq nömrəsi "093-417" Nüvə sualtı qayığı avqustun 21-də Çinin şimalındakı Şandun əyalətinin sahillərində "lövbər və zəncir" adlı sualtı maneədə ilişib qalıb.

Kəşfiyyat hesabatında, Çin tərəfindən ABŞ və müttəfiqlərinin sualtı qayıqları üçün qurduğu tələyə düşən sualtı qayığın 6 saat sulara çıxa bilmədiyi, aralarında sualtı qayığın kapitanı polkovnik Şüe Yonq-Pinq də daxil olmaqla 22 zabitin, və 7 tələbə zabitin isə batareyalarının tükənməsi və oksigen sistemlərinin işləməməsi səbəbindən həlak olduğu, 9-u kiçik zabit və 17-si sıravi olmaqla 55 nəfərlik ekipajın oksigen çatışmazlığından həyatını itirdiyi iddia edilib.

"Dail Mail" qəzetinə danışan bir İngilis sualtı əsgəri hadisə baş verən zaman Çinin yəqin ki, xilasetmə üçün beynəlxalq dəstək istəmədiyini deyib.

İngiltərə Hərbi Dəniz Qüvvələrində belə vəziyyətlər üçün karbon qazını oksigenə çevirən dəstlər olduğunu bildirən dənizçi, eyni texnologiyanın başqa ölkələrdə olmaya biləcəyini deyib.

Çin hadisəni hələ təsdiqləməsə də, Britaniya Kral Donanması da qəzetlərə şərh verməkdən imtina edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu