ABŞ İrana İsraildəki münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq edib


ABŞ Silahlı Qüvvələrinin (AF) Birləşmiş Qərargah Rəisləri Komitəsinin (CHS) sədri Çarlz Braun İranı İsraildəki münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq edib.


Onun açıqlamasını "Reuters" agentliyi yayıb. Braun deyib ki, İslam Respublikası Fələstin-İsrail münaqişəsinə qarışmamalıdır.

"Biz kifayət qədər aydın mesaj göndərmək istəyirik. Biz bu münaqişənin genişlənməsini istəmirik, məqsəd İrana mesajımızın yüksək və aydın şəkildə çatdırılmasıdır", - deyə o əlavə edib.

"Reuters" həmçinin Pentaqona istinadən Çarlz Braun ilə İsrail Baş Qərargahının rəisi Herzi Halevi arasında telefon danışığı barədə məlumat yayıb. Onlar HƏMAS yaraqlılarının İsrailə qarşı son hücumlarını və ABŞ-ın Yaxın Şərq regionunda hərbi mövqelərini gücləndirmək üçün atılan addımları müzakirə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu