KİV: İsrail kəşfiyyatı HƏMAS-ın hücum hazırlıqlarını təlim kimi qəbul edib


İsrail kəşfiyyatı HƏMAS-ın Qəzza zolağında hərbi əməliyyatlara hazırlığı barədə məlumat alıb, lakin səhvən bunu təlim kimi dəyərləndirib və həyəcan təbili çalmayıb.


Bu barədə “The Times of Israel” qəzeti yazır.

"Yüksək rütbəli hərbçilər və ümumi təhlükəsizlik rəsmiləri HƏMAS-ın hücumundan bir neçə saat əvvəl İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi də daxil olmaqla telefon danışıqları aparıblar. Onlar Qəzzadakı hərəkətlərin çox güman ki, təlim olduğu qənaətinə gəliblər və müzakirəni səhər saatlarında davam etdirməyə qərar veriblər. Bu səbəbdən də həyəcan təbili çalmaq və Qəzza sərhəd bölgəsinə qüvvələr göndərmək qərarı verilməyib”, - deyə nəşr yazır.

Qəzet onu da qeyd edir ki, İsrailin baş naziri Binyamin Netanyahu, HƏMAS-ın ölkənin cənubundakı hücumundan əvvəl təhlükəsizlik orqanlarından heç bir xəbərdarlıq almadığını bildirib. Nəşr hökumət başçısının ofisinə istinadən qeyd edir ki, baş nazirə hərbi əməliyyatlar barədə məlumat verildikdən sonra o, dərhal Təl-Əvivdəki hərbi qərargaha gedib, vəziyyəti qiymətləndirib və təhlükəsizlik kabinetini çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu