"USS Gerald R. Ford" aviadaşıyıcısının təmiri başa çatdı



ABŞ-ın "USS Gerald R. Ford" aviadaşıyıcısının Xorvatiyadakı təmir işlərinin tamamlandığı və gəminin Split limanından ayrıldığı qeyd edilib.

AFN.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada gəminin əməliyyatları davam etdirmək üçün lazımi ləvazimatlarla təmin olunduğu vurğulanıb.

ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə zamanı Qırmızı dənizdə olarkən camaşırxanada baş verən yanğın nəticəsində zədələnən gəmi Xorvatiyanın Split limanını tərk edib. Açıqlamada yanğınla bağlı təhqiqatın davam etdiyi bildirilsə də, aviadaşıyıcının milli hədəfləri dəstəkləmək məqsədilə vəzifə icrasına tam hazır olduğu ifadə edilib.

12-ci Aviadaşıyıcı Zərbə Qrupunun komandanı kontr-admiral Pol Lanzilotta və digər dəniz komandirləri liman ziyarəti zamanı ABŞ-ın Zaqrebdəki səfiri Nikol Makqrou ilə bir araya gəliblər. Görüşdə zərbə qrupunun dislokasiyası və davam edən tapşırıqlara hazırlıq vəziyyəti müzakirə olunub.

Xatırladaq ki, 5-ci Donanma martın 12-də gəmidə yanğın çıxdığını elan etmişdi. "The New York Times" qəzeti yanğının 30 saatdan çox davam etdiyini, hadisə nəticəsində yataqxanaları zərər görən 600-dən çox dənizçinin çətin şəraitdə qaldığını iddia etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu