KİV: ABŞ Yaxın Şərqə 3-cü aviadaşıyıcı gəmisini göndərdi



ABŞ-ın üçüncü aviadaşıyıcı gəmisi "USS George H.W. Bush"un Yaxın Şərqə göndərildiyi və gəminin Virciniya ştatının Norfolk limanından yola düşdüyü iddia edilib.

AFN.az xəbər verir ki, "Wall Street Journal" nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, sözügedən aviadaşıyıcı və onu müşayiət edən döyüş gəmiləri bölgədəki digər iki aviadaşıyıcıya qoşulmaq üçün hərəkətə keçib.

Hazırda bölgədə olan gəmilərdən "USS Abraham Lincoln" Ərəb dənizində fəaliyyət göstərir, "USS Gerald R. Ford" gəmisinin isə təmir üçün Xorvatiya limanında olduğu bildirilir. Rəsmilər yaxın gələcəkdə hər üç aviadaşıyıcının Yaxın Şərqdə bir araya gələ biləcəyini ehtimal edirlər. Bu addım, Prezident Donald Trampın İrana qarşı daha geniş hərbi variantları dəyərləndirdiyi bir dövrə təsadüf edir.

Qeyd edək ki, 5-ci Donanmaya bağlı "USS Gerald R. Ford" gəmisində martın 12-də texniki nasazlıq səbəbindən yanğın baş vermişdi. "The New York Times" qəzeti yanğının 30 saatdan çox davam etdiyini və 600-dən çox personallın yataqxanalarının zərər gördüyünü iddia edib. Hazırda ABŞ-ın bölgədəki hərbi iştirakını gücləndirməsi diqqət mərkəzindədir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu