Almaniya Kiyevi yaxın vaxtlarda "Taurus" qanadlı raketləri ilə təmin edə bilər


Almaniya hökuməti yaxın vaxtlarda Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı qərar verə bilər.


AFN.az-ın məlumatına görə, bu barədə Almaniyanın “T-Online” nəşri öz mənbələrinə istinadən yazıb. Ukrayna uzun müddətdir ki, Berlindən ona uçuş məsafəsi 500 km-ə qədər olan "Taurus"la təmin olunmasını xahiş edir.

"Getdikcə daha çox alman siyasətçisi Ukrayna Silahlı Qüvvələrinin hələ də kifayət qədər ləng gedən əks-hücumunu təşkil etmək üçün Ukraynaya "Taurus"un verilməsinə çağırır" - deyə BBC məlumat verib.

Nəşrdə qeyd edildiyi kimi, qanadlı raketlərin tədarükü ilə bağlı qərar tezliklə verilə bilər, lakin hələlik Almaniya bu barədə Ukraynanın əsas beynəlxalq müttəfiqi olan ABŞ-la məsləhətləşmələr aparır.

"T-Online" mənbələri bildirir ki, "Taurus"un Kiyevə verilməsi Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrini Ukraynanın mövcud HIMARS qurğularından istifadə etməklə buraxıla bilən ATACMS raketləri ilə təchiz etmək barədə potensial qərarı ilə əlaqələndirilə bilər.

Bundesver 600-dən çox “Taurus” raketi ilə silahlanıb, lakin onlardan yalnız 150-si döyüşə hazır sayılır, qalanları isə zavodlarda döyüşə hazır vəziyyətə gətirilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu