"Eurofighter" qırıcıları "Taurus"un daşıyıcısı ola bilər - "Airbus"un rəhbəri


"Eurofighter" qırıcıları "Taurus" qanadlı raketlərinin daşıyıcısı ola bilər. Sertifikatlaşdırma təşəbbüsü təxminən on il əvvəl Almaniya silahlı qüvvələrinə təqdim edilib və indi həyata keçirilə bilər.



Bu sözləri aprelin 19-da "Eurofighter" qırıcıları istehsal edən "Airbus Defence and Space" şirkətinin rəhbəri Maykl Şellhorn Almaniyanın "Spiegel" nəşrinə bildirib.

Şirkət rəhbəri “Eurofighter”lərin “Taurus” raketləri ilə istifadə üçün sertifikatlaşdırılacağı ilə bağlı fikir bildirib.

Bundan əlavə Şellhorn Almaniyanın təyyarə parkının yenilənməsinin zəruriliyinə diqqət çəkib.

"Federal hökumət sifarişlər şəklində planlaşdırma təhlükəsizliyi və ya ideal olaraq uzunmüddətli satınalma zəmanətləri yaratmalıdır. Bizim hərbi gücümüz bundan asılıdır" deyə şirkət rəhbəri vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu