Almaniya hökuməti “Taurus” raketlərinin Ukraynaya göndərilməsinə qarşı çıxdı


Almaniyada müxalifətin parlamentə təqdim etdiyi “Taurus” raketlərinin Ukraynaya göndərilməsi təklifi hökuməti təşkil edən Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) səsləri ilə rədd edilib.



Xristian Birlik Partiyaları (CDU/CSU) tərəfindən edilən təklif 485 əleyhinə səslə rədd edilib. Təklif lehinə 178 səs toplayıb.

Yaşıllar və FDP millət vəkilləri CDU/CSU təklifini rədd etmələrinin səbəbini onun Almaniya ordusu üçün hazırlanan illik gündəlik hesabatın ümumi qurultay müzakirəsi ilə əlaqədar keçirilməsinin nəzərdə tutulması ilə göstəriblər.

Alman mətbuatında yer alan xəbərdə baş nazir Olaf Şolzun hələlik Ukraynaya 500 kilometrlik “Taurus” qanadlı raketlərinin verilməsinin tərəfdarı olmadığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu