Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı


Avropa İttifaqının (Aİ) rəsmi jurnalı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətinin 2024-cü il fevralın 24-dək uzadılması barədə qərar dərc edib.


Müvafiq qərar Aİ jurnalında dərc edildiyi gündən bir gün sonra qüvvəyə minir.

Yanvar ayında Aİ Şurası məhdudiyyətləri iyulun 31-dək uzatmışdı. Sanksiyalar 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra tətbiq edilib, Rusiyanın Ukraynada hərbi əməliyyatına başlamasından sonra genişləndirilib.

Hazırda Aİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketini nəzərdən keçirir. Onun fevralın 24-də, Rusiya hərbi əməliyyatının ildönümü günündə dərc edilməsi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu