ABŞ və İsrailin İrana hücumları ən tez bu həftə yenidən başlaya bilər



ABŞ və İsrailin İrana qarşı hücumların ən tez bu həftə ərzində yenidən başladılması ehtimalına qarşı intensiv hazırlıq gördüyü iddia edilib.

AFN.az xəbər verir ki, "The New York Times" qəzetinin adı açıqlanmayan iki Yaxın Şərq rəsmisinə istinadən yaydığı xəbərdə ABŞ və İsrailin İrana yönəlmiş hücumları yenidən başlatmaq variantını müzakirə etdiyi irəli sürülüb.

Məlumatda ABŞ Müdafiə Nazirliyinin İrana qarşı hərbi əməliyyatların yaxın günlərdə yenidən başlaya biləcəyi ehtimalına dair planlaşdırma apardığı qeyd olunub.

Adı gizli saxlanılan həmin iki Yaxın Şərq rəsmisinin fikirlərinə yer verilən xəbərdə ABŞ ilə İsrailin İrana qarşı zərbələrin ən tez bu həftə bərpa olunması ehtimalına yönəlik ciddi hazırlıq işləri həyata keçirdiyi iddia edilib.

Xəbərdə həmçinin hərbi analitiklərin rəylərinə də yer ayrılıb. Ekspertlər ABŞ və İsrailin İrana yenidən havadan hücum etməsinin bu ölkəni ABŞ-ın tələblərini qəbul etməyə məcbur edəcəyini real hesab etmirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu