Zelenski dünya liderləri ilə koalisiyanın yaradılmasını müzakirə edib
Ukrayna prezidenti Volodimir Zelenski dünya liderləri ilə Rusiyanın işğalına qarşı koalisiyanın yaradılmasını müzakirə edib.
Bunu Ukraynanın Prezidenti Volodimir Zelenski tviterdə yazıb.
“Biz anti-Putin koalisiyasını qururuq. Mən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Avstriyanın kansleri Karl Nehammer və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla konkret sanksiyalar və ordumuza konkret yardım haqqında müzakirələr aparmışam”.
“Biz qətiyyətli addım gözləyirik”, - dövlət başçısı əlavə edib.