Zelenski Aİ-nin rəhbərləri ilə telefon danışığı aparıb
Ukraynanın Avropa İttifaqına üzvlüyünü Aİ Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə müzakirə etdik.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
O, ötən gecə Fransa və Polşa prezidentləri, həmçinin, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbərləri ilə telefon danışığı apardığını əlavə edib.
Zelenski Volnovaxa və Mariupol şəhərlərində humanitar dəhlizlərin açılması üçün əlindən gələni etdiklərini də diqqətə çatdırıb.