ABŞ yenə İranı vurmağa başladı
ABŞ İran ərazisində hərbi obyektlərə qarşı yeni hava əməliyyatına başlayıb.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Rəsmi açıqlamaya görə, əməliyyat yerli vaxtla saat 06:00-da, Bakı vaxtı ilə isə saat 14:00-da başlayıb.
CENTCOM-un bildirdiyinə əsasən, hava zərbələrinin məqsədi İranın hərbi imkanlarını zəiflətməkdir. Qeyd olunub ki, vurulan obyektlərdən Hörmüz boğazında kommersiya gəmilərinə qarşı həyata keçirilən hücumlar zamanı istifadə edildiyi iddia olunur.
