Somalidə gəmiyə pirat hücumu olub


Somalidə gəmiyə pirat hücumu olub. Piratlar Somalidə ticarət gəmisinə nəzarəti ələ keçiriblər.



Britaniya Gəmiçilik Təşkilatından (UKMTO) verilən açıqlamaya görə, Somalinin paytaxtı Moqadişu sahillərində gəmiyə pirat hücumu təşkil edilib.

Açıqlamada dəniz quldurlarının hücumu nəticəsində gəmiyə nəzarətin ələ keçirildiyi qeyd edilərkən, neçə nəfərin saxlanıldığı barədə məlumat paylaşılmayıb.

Təxminən 10 ildir pirat hücumlarının müşahidə olunmadığı Somali sahillərində son aylarda ticarət gəmilərinə hücumlar artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu