Hindistan sahillərində naməlum pilotsuz təyyarə gəmiyə hücum edib
Naməlum pilotsuz uçuş aparatı (PUA) Hindistan sahillərində gəmiyə hücum edib.
Bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, hadisə Hindistanın Veraval şəhərindən təxminən 370 kilometr cənub-qərbdə baş verib. Dronun hücumu partlayışa və yanğına səbəb olub.
Məlumatda yanğının söndürüldüyü və tələfatın olmadığı qeyd edilib.