Britaniya HDQ Ədən körfəzində raketlə vurulan gəmidə yanğın başladığını bildirib


Britaniya Hərbi Dəniz Qüvvələri Ədən körfəzində bir gəmidə raketlə vurulduqdan sonra yanğın baş verdiyini bildirib.


Gəmidə yanğın Yəmənin Ədən şəhərindən 70 dəniz mili cənub-qərbində raketlə vurulduqdan sonra başlayıb. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) Koordinasiya Mərkəzi X (əvvəlki Twitter) məlumat yayıb. Gəminin kapitanı itkilərin olmadığını və gəminin limana doğru getdiyini bildirib.

Bundan əvvəl Britaniyanın dəniz təhlükəsizliyi şirkəti "Ambrey" məlumat vermişdi ki, Ədəndən təxminən 83 dəniz mili cənub-şərqdə mülki yük gəmisi raketlə vurulub. Zərbə nəticəsində gəmidə yanğın baş verib, yanğın tez bir zamanda söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu