Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

Britaniya bayrağı altında üzən gəmi Ədən körfəzində naməlum şəxslərin hücumuna məruz qalıb.
Bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumat yayıb.
Hücumla bağlı məlumat Britaniya gəmisinin kapitanından alınıb. Hücum Ədən şəhərinin 195 dəniz mili şərqində baş verib.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
UKMTO digər gəmilərin ekipajlarını ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.