Yəmən sahillərində neft tankeri raketlə vurulub


Yəmənin Moha şəhəri sahillərində raketlə vurulan neft tankerində yanğın baş verib.



Bu barədə Reuters Britaniyanın dəniz təhlükəsizliyi firması "Ambrey"ə istinadən yazıb.

Bildirilir ki, hadisə radio mesajından məlum olub və Panama bayrağı altında xam neft daşıyan tankere yardım göstərilib. Yardımın mənbəyi göstərilməyib.

Qeyd edək ki, İsrailin Qəzza zolağında hərbi əməliyyatı başlamasından sonra yəmənli husilər Fələstinin Həmas hərəkatı ilə həmrəy olaraq, İsraillə əlaqəli gəmilərə hücum etməyə başlayıblar və digər ölkələri ekipajlarını onlardan geri çağırmağa bildiriblər. Bu fonda bəzi şirkətlər qiyməti kəskin bahalaşan Qırmızı dəniz vasitəsilə daşımaları dayandırmaq qərarına gəliblər



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu