Pentaqon: Qırmızı dənizdə gəmiləri hədəfə almaq beynəlxalq həll tələb edir


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) husilərin Yəmən sahillərində gəmiləri hədəf almasının beynəlxalq hüququn pozulması olduğunu bildirib.


Pentaqonun sözçüsü Pat Rayder keçirdiyi mətbuat konfransında, Qırmızı dənizdə Yəmən sahillərində Norveç bayraqlı neft gəmisinin hədəfə alınması ilə bağlı açıqlaça verib. Sözügedən hərəkəti "sabitliyi pozan" kimi xarakterizə edən Ryder bildirib ki, bu, beynəlxalq bir problemdir və beynəlxalq həll tələb edir.

"Qırmızı dənizdəki vəziyyəti ciddiyə almağa davam edirik. Buna arxayın olun" - deyə o qeyd edib.

Yəməndə İranın dəstəklədiyi husilər dünən xəbərdarlıqlara cavab verməyərək İsrailə gedən Norveç neft gəmisini hədəf aldıqlarını açıqlayıb.

Britaniya Dəniz Agentliyi Qırmızı dənizdə hədəfə alınan gəmi və onun heyətinin təhlükəsiz olduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu