Oman sahillərində neft tankerinə naməlum obyektlə zərbə endirildi
Oman sahillərində bir neft tankerinə naməlum obyektlə zərbə endirildiyi bildirilib.
AFN.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) tərəfindən yayılan açıqlamada hadisənin Oman sahilləri yaxınlığında baş verdiyi qeyd olunub.
UKMTO-nun məlumatına görə, Oman ərazisindəki Əş-Şişah bölgəsindən təxminən 9 dəniz mili şimal-şərqdə bir neft tankerinə naməlum obyektlə zərbə endirilib.
Zərbə nəticəsində gəminin mühərrik bölməsinə ziyan dəyib və tanker hərəkətsiz vəziyyətə düşüb.
Açıqlamada ekipaj üzvlərinin təhlükəsiz olduğu bildirilib. Hadisənin ətraf mühitə mümkün təsirinin isə ilkin mərhələdə məlum olmadığı qeyd edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
