Putin ABŞ nümayəndə heyəti ilə görüşüb
Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Ukrayna mövzusunda keçirilən görüş başa çatıb.
Kremlin yaydığı məlumata görə, Putinlə Uitkoff arasında Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən görüş tamamlanıb.
Görüşdə iştirak edən ABŞ nümayəndə heyətinə Uitkoffla yanaşı Cared Kuşner və ABŞ Federal Satınalma Xidməti komissarı Coş Qruenbaum daxil olub. Rusiya nümayəndə heyətində isə Kremlin Xarici Siyasət üzrə müşaviri Yuri Uşakov və Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev yer alıb.
Təxminən 3,5 saat davam edən görüşdə Ukrayna böhranının həlli prosesi ilə bağlı məsələlər müzakirə edilib.
