Putin Vitkofla görüşüb
Rusiya Prezidenti Vladimir Putin Ukraynada sülh planını müzakirə etmək üçün ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof və Trampın müşaviri və kürəkəni Cerid Kuşnerlə görüşüb.
Bildirilib ki, görüşdə ABŞ tərəfindən hazırlanan və Ukrayna-Rusiya müharibəsini bitirməyi hədəfləyən sülh planı müzakirə olunub.
Görüş Rusiyanın paytaxtı Moskvada baş tutub. Görüşün gündəmində ABŞ-ın hazırladığı, Ukrayna-Rusiya müharibəsinin sona çatdırılmasını nəzərdə tutan sülh təşəbbüsü yer alır.
Toplantıda Rusiya tərəfindən Prezidentin köməkçisi Yuri Uşakov və Prezidentin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev də iştirak edib.

