ABŞ və İran Hörmüz məsələsində razılığa gəlib



ABŞ və İran arasında iyunun 18-də imzalanan anlaşma memorandumundan sonra diqqət İsveçrədəki görüşə yönəlmişdi.

AFN.az xəbər verir ki, Tehran Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidinə dair mexanizmin yaradılması məsələsində razılıq əldə olunduğunu elan edib.

Pakistan və Qətər də danışıqların müsbət və konstruktiv şəraitdə keçdiyini açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsveçrədəki danışıqlarla bağlı bəyanat yayaraq 18 saat davam edən müzakirələrdə irəliləyiş əldə olunduğunu bildirib.

Danışıqlar heyətinin işini tamamladığını, texniki qrupların isə fəaliyyətini davam etdirəcəyini qeyd edən sözçü Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin edəcək mexanizmin qurulması barədə razılığın əldə edildiyini diqqətə çatdırıb.

Yekun saziş üçün müzakirələrə başlamaq məqsədilə zəmin hazırlıqlarının nəzərdən keçirildiyi bildirilirkən, Qətər və Pakistan da birgə bəyanatla yüksək səviyyəli görüşlərin ilk iclasının başa çatdığını elan ediblər.

Birgə açıqlamada danışıqların müsbət və səmərəli atmosferdə reallaşdığı, vasitəçilik prosesinə siyasi nəzarəti təmin edəcək yüksək səviyyəli komitənin yaradılması barədə ortaq məxrəcə gəlindiyi ifadə edilib.

Verilən məlumata görə, baş danışıqçılar sözügedən komitəyə mütəmadi olaraq hesabat təqdim edəcəklər.

Komitə 60 gün ərzində yekun sazişin imzalanmasını nəzərdə tutan yol xəritəsi üzərində razılıq əldə edib.

Sənəddə Livandakı mövcud vəziyyətə də toxunulub və bu çərçivədə münaqişələrin qarşısını alma birliyinin yaradılacağı qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu