ABŞ may ayının əvvəlindən bəri Hörmüz boğazından 70-ə yaxın gəmi keçirib


ABŞ hərbçiləri son üç həftə ərzində 70-ə yaxın kommersiya gəmisinin Hörmüz boğazından təhlükəsiz keçməsini koordinasiya edib.

AFN.az "The New York Times" (NYT) qəzetinə istinadən xəbər verir ki, bu məlumatı ABŞ administrasiyasındakı anonim mənbələr açıqlayıb. Məlumata görə, proses ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri tərəfindən həyata keçirilib. İrandan gələn təhlükələrin qarşısını almaq və izlənilməmək üçün boğazdan keçən gəmilərin böyük əksəriyyəti naviqasiya işıqlarını və transponderlərini (AIS - avtomatik eyniləşdirmə sistemi) söndürərək ("qaranlıq rejimdə") hərəkət ediblər. Analitiklər gəmilərin İran sahillərindən uzaq, Omanın nəzarətindəki nisbətən təhlükəsiz sulardan keçdiyini ehtimal edirlər.

ABŞ rəsmiləri yardım göstərilən gəmilərin tipləri və daşıdıqları yüklər barədə təfərrüatları açıqlamaqdan imtina ediblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu