Hörmüz boğazından son 2 gündə cəmi 7 gəmi keçib
Hörmüz boğazından 25 və 26 mart tarixlərində ümumilikdə 7 kommersiya gəmisi keçib.
AFN.az xəbər verir ki, boğazdan keçən gəmilərin sayı olduqca aşağı səviyyədə qalmaqda davam edir.
"MarineTraffic"in məlumatına görə, boğazdan 24 martda avtomatik identifikasiya sistemi (AIS) açıq şəkildə 2 gəmi keçdiyi halda, 26 martda bu rəqəm 5-ə yüksəlib. "Egret" və "Savona" adlı neft/kimyəvi yük tankerləri 25 martda yüksüz vəziyyətdə boğazın şərqindən qərbinə keçid ediblər. "Christianna" və "Nj Jupiter" adlı quru yük gəmiləri isə 26 martda şərq-qərb istiqamətində yüklü halda boğazdan keçib.
Həmin tarixdə "Niba" və "Salute" adlı LPG tankerləri, həmçinin "Alexandra" adlı neft məhsulları tankeri boğazın qərbindən şərqinə doğru hərəkət edib. Böyük Britaniyanın Dəniz Ticarət Təşkilatının (UKMTO) məlumatlarına əsasən, tarixi ortalamada Hörmüz boğazından gündəlik 138 gəmi keçid edirdi.
Qlobal dəniz ticarəti üçün strateji əhəmiyyət kəsb edən Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinin dayanma nöqtəsinə gəlməsi tədarük zəncirləri və qiymətlər üzərində ciddi təzyiq yaratmağa davam edir.
