İran: ABŞ-ın dəniz blokadası ləğv edilərsə, İslamabadda görüş baş tuta bilər
İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın dəniz blokadasını dayandırmağa hazır olduğuna dair siqnallar aldıqlarını və Vaşinqton bu addımı atacağı təqdirdə növbəti danışıqlar mərhələsinin Pakistanda keçirilə biləcəyini bəyan edib.
AFN.az xəbər verir ki, İrəvani Pakistanın paytaxtı İslamabadda keçirilməsi planlaşdırılan, lakin ABŞ-ın tətbiq etdiyi dəniz blokadası səbəbindən reallaşmayan görüşləri şərh edib. ABŞ-ın atəşkəs sazişini pozduğunu dilə gətirən İrəvani qarşı tərəfə blokadanın qaldırılmasının zəruriliyini çatdırdıqlarını və bununla bağlı müsbət işarələr aldıqlarını bildirib.
O, bu şərtin yerinə yetiriləcəyi təqdirdə İslamabadda ikinci mərhələ müzakirələrin başlaya biləcəyini vurğulayıb.
Qeyd edək ki, İrana qarşı dəniz blokadası tətbiq edən ABŞ artıq ölkəyə məxsus iki ticarət gəmisinə hücum edərək onları ələ keçirib.
