İran: BMT TŞ Trampın təhdidlərini beynəlxalq hüququn pozulması kimi qınamalıdır

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasını ABŞ prezidenti Donald Trampın Tehrana qarşı təhdidlərini beynəlxalq hüququn pozulması kimi pisləməyə çağırıb.
AFN.az xəbər verir ki, bu barədə diplomat BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirib.
"ABŞ prezidenti 2025-ci ilin yanvarında fəaliyyətə başlayandan bəri BMT-nin əsasını qoyduğu beynəlxalq norma və prinsipləri sistematik olaraq görməzlikdən gəlib və onları pozub. Onun müstəqil dövlətlərə qarşı güc tətbiq etməklə daim hədələməsi beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır", - deyə məktubda qeyd edlir.
Əmir Səid İrəvani ABŞ-ın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, BMT Nizamnaməsindən irəli gələn öhdəliklərinə "açıq şəkildə məhəl qoymamasının, hərbi gücdən siyasi və geosiyasi məqsədlərə çatmaq üçün məcburiyyət vasitəsi kimi istifadə etməsinin" xüsusilə narahatedici olduğunu vurğulayıb: "Bu ciddi pozuntularla əlaqədar olaraq, İran İslam Respublikası BMT Təhlükəsizlik Şurasını beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməyə və ABŞ prezidentinin təhdidlərini beynəlxalq hüququn pozulması kimi birmənalı şəkildə pisləməyə çağırır".