İran XİN blokadaya qoşulacaq ölkələri fəsadlarla hədələyib


İranın dəniz blokadasına və ABŞ-ın digər qanunsuz hərəkətlərinə qoşulan hər bir dövlət bunun fəsadları ilə üzləşəcək.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu bəyanatla İslam Respublikası XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqayi çıxış edib.

"İranın dəniz blokadası təcavüz aktıdır. Xəbərdarlıq edirik ki, ABŞ-nin qanunsuz əməllərinə göstərilən hər bir dəstək ciddi fəsadlar doğuracaq, çünki İran İslam Respublikası bu cür şeylərə heç vaxt dözməyəcək", – deyə Bəqayi vurğulayıb.

Qeyd edək ki, ABŞ iyulun 14-də İrana qarşı dəniz blokadasını bərpa edib. Avqustun 23-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirib ki, amerikalı hərbçilər bu müddət ərzində ümumilikdə 70 gəminin marşrutunu dəyişdiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu