CENTCOM: ABŞ İranın dəniz blokadasını pozmağa cəhd edən iki gəmini geri qaytarıb
ABŞ hərbçiləri İranın dəniz limanlarının blokadası bərpa edildiyi andan etibarən iki kommersiya gəmisini məcburi şəkildə fərqli istiqamətə yönəldib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılan bəyanatda bildirilir: "İran limanlarının dəniz blokadasının 17 saat əvvəl yenidən qüvvəyə minməsindən bəri ABŞ Silahlı Qüvvələri blokada rejimini pozmağa cəhd göstərən iki kommersiya gəmisinin marşrutunu məcburi olaraq dəyişdirib".
