ABŞ İrana dəniz blokadasını bərpa edəndən bəri 20 gəminin istiqamətini dəyişib


ABŞ hərbçiləri İranın dəniz limanlarının blokadası bərpa olunandan bəri istiqamətini dəyişdirdiyi gəmilərin sayı 20-yə çatıb.

AFN.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"İyulun 29-a olan məlumata görə, CENTCOM 20 ticarət gəmisinin istiqamətini dəyişib, 2-sini sıradan çıxarıb və daha 2 gəmiyə reyd keçirib", — deyə komandanlığın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən bəyanatda bildirilir.

Açıqlamada həmçinin Yaxın Şərqdə 20-dən çox ABŞ hərbi gəmisinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. ABŞ İrana qarşı dəniz blokadasını iyulun 14-də bərpa edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu