Hörmüz boğazına yönəlik tam blokada sabahdan başlayır



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazına yönəlik dəniz blokadasının sabah Bakı vaxtı ilə saat 00.00-da başlayacağını bəyan edib.

AFN.az xəbər verir ki, CENTCOM Prezident Donald Trampın tapşırığına uyğun olaraq blokadanın başlama vaxtını açıqlayıb.

Qurumdan bildirilib ki, CENTCOM qüvvələri İran limanlarına və sahil zonalarına gedən, eləcə də bu ərazilərdən ayrılan gəmilərə qarşı blokada rejimini tətbiq edəcək. ABŞ ordusu isə blokada qaydalarını pozmayan bütün gəmilərin region sularında sərbəst üzməsinə dəstək verməyə davam edəcək.

Vaşinqtonun İrana qarşı daha əvvəl 13 aprel - 18 iyun tarixlərində də dəniz blokadası tətbiq etdiyini xatırladan CENTCOM iki aylıq müddət ərzində qaydalara riayət edən 140-dan çox gəmini alternativ marşrutlara yönləndirdiyini, qaydaları pozan 9 gəmini zərərsizləşdirdiyini və humanitar yardım daşıyan 50-dən çox ticarət gəmisinin keçidinə şərait yaratdığını açıqlayıb.

CENTCOM regionda hərəkət edən bütün dənizçilərə müvafiq bildirişləri (Notice to Mariners) izləməyi, Oman körfəzi və Hörmüz boğazı ərazilərində fəaliyyət göstərərkən ABŞ Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxlamağı tövsiyə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu