ABŞ ordusu: İran limanına doğru hərəkət edən yüksüz neft tankeri zərərsizləşdirilib



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Bəsrə körfəzində İran limanına doğru hərəkət edən yüksüz bir neft tankerinin zərərsizləşdirildiyini açıqlayıb.

AFN.az xəbər verir ki, CENTCOM-un sosial media hesabından ABŞ qüvvələri tərəfindən saxlanılan həmin yüksüz neft tankeri ilə bağlı rəsmi bəyanat yayılıb.

Bəyanatda beynəlxalq sularda, Bəsrə körfəzindəki Xark adasına doğru hərəkət edən Botsvana bayraqlı "M/T Lexie" neft tankerinə qarşı blokada tədbirlərinin tətbiq edildiyi bildirilib.

Sözügedən tankerdə olan heyətin ABŞ qüvvələrinin təlimatlarına əməl etmədiyi və xəbərdarlıqlara məhəl qoymadığı qeyd olunan açıqlamada gəminin maşın şöbəsinə vurulan raketlə tankerin zərərsizləşdirildiyi və İrana çatmasının qarşısının alındığı ifadə edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu